İran ABŞ Silahlı Qüvvələrinin ikinci C-130 hərbi nəqliyyat təyyarəsini vurub.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı məlumat yayıb.A
"İlkin məlumata və hadisə yerində ekspertlər tərəfindən aparılmış əlavə yoxlamalara əsasən, ABŞ ordusunun iki C-130 hərbi nəqliyyat təyyarəsinin və iki "Black Hawk" helikopterinin məhv edildiyi müəyyən edilib", - bəyanatda deyilir.
Daha əvvəl İsfahandan cənubda C-130 hərbi nəqliyyat təyyarəsinin vurulduğu bildirilib.