IMG-LOGO

Serbiyada enerji obyektində təxribat cəhdinin qarşısı alınıb

05 Apr 2026 17:44 5 baxış
IMG

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəni Macarıstanla birləşdirən, region üçün mühüm əhəmiyyət kəsb edən qaz infrastrukturuna qarşı təxribatın qarşısının alındığını bildirib.

"Report" xəbər verir ki, bu barədə o, "Instagram" sosial şəbəkəsində yazıb.

"Bölmələrimiz böyük dağıdıcı gücə malik partlayıcı maddə və onun işə salınması üçün lazım olan detonatorlar (qaz kəmərinin yaxınlığında - red.) aşkar ediblər. Biz istintaqın sonrakı gedişi barədə Macarıstan tərəfini məlumatlandıracağıq", - Vuçiç qeyd edib.

O, Macarıstanın Baş naziri Viktor Orbanı istintaqın ilk nəticələri barədə məlumatlandırıb. Orban Serbiya Prezidenti ilə söhbətindən sonra bildirib ki, Müdafiə Şurasının təcili iclasını çağırıb.

"Serbiya hakimiyyəti Serbiya və Macarıstanı birləşdirən ən mühüm qaz infrastrukturu obyektində güclü partlayıcı qurğu və onu işə salmaq üçün vasitələr aşkar edib", - Orban "Facebook" sosial şəbəkəsində yazıb.

Partlayıcının Voyevodina muxtar vilayətindəki Velebit yaşayış məntəqəsinin yaxınlığında, "Türk axını"ndan Serbiya və Macarıstana qaz nəql edən qaz kəmərindən bir neçə yüz metr aralıda tapıldığı bildirilib.

Xəbər lenti