IMG-LOGO

İranın BƏƏ-yə zərbələri nəticəsində 10 nəfər həlak olub, 200-dən çox şəxs yaralanıb

05 Apr 2026 18:52 4 baxış
IMG

Yaxın Şərqdə eskalasiya başlayandan bəri İranın BƏƏ-yə endirdiyi zərbələr nəticəsində 10 nəfər ölüb, 217 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında qeyd olunub.

"Bu gün BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan buraxılmış 9 ballistik raketi, 1 qanadlı raketi və 50 PUA-nı uğurla ələ keçirib. İranın hücumları başlayandan bəri ümumilikdə 507 ballistik raket, 24 qanadlı raket və 2 191 PUA ələ keçirilib", - bəyanatda bildirilib.

Qurumun məlumatına görə, ölənlər arasında Pakistan, Nepal, Banqladeş, Fələstin, Hindistan və Misir vətəndaşları var.

"İranın hücumları başlayandan bəri yaralananların ümumi sayı, BƏƏ, Misir, Sudan, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan, Banqladeş, Şri-Lanka və digər ölkələrin vətəndaşları daxil olmaqla, müxtəlif millətlərdən 217 nəfərə çatıb", - bəyanatda dəqiqləşdirilib.

BƏƏ-nin Müdafiə Nazirliyi ölkənin təhlükəsizliyinə və suverenliyinə olan istənilən təhdidlərə qarşı durmağa tam hazır olduğunu təsdiqləyib.

Xəbər lenti