IMG-LOGO

Qar yağır, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA

05 Apr 2026 21:25 3 baxış
IMG
0 0

Aprelin 5-i saat 20:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlədə yağıntılar intensiv və güclüdür, dağlıq ərazilərdə qar yağır.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahbuz, İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan, Xızı, Quba, Xaçmaz, Xaltan, Şabran, İmişli, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Yardımlıda arabir yağış, Qusar, Şahdağ, Xınalıq, Daşkəsəndə isə qar yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Xızıda 21, Bakıda və Abşeron yarımadasında eyni zamanda Quba(Qrız), Naftalanda 20, Goranboyda 19, Daşkəsən, Şabranda 18, Şəmkir, Tovuz və Gəncədə 16 m/s-dək güclənir.

qar yağış hava

Xəbər lenti