IMG-LOGO

Serbiyada enerji obyektində təxribat törətməyə cəhd edən şəxsin miqrant qrupundan olduğu açıqlanıb

05 Apr 2026 22:27 2 baxış
IMG

Voyevodina muxtar vilayətindəki Velebit yaşayış məntəqəsinin yaxınlığında, "Türk axını"ndan Serbiya və Macarıstana qaz nəql edən kəmərdən bir neçə yüz metr aralıda tapılan partlayıcının "miqrant qrupundan olan bir şəxs" tərəfindən yerləşdirildiyi açıqlanıb.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Hərbi Təhlükəsizlik Agentliyinin (HTA) direktoru Curo Yovaniç bildirib.

O qeyd edib ki, Serbiya təhlükəsizlik xidmətlərinin əməkdaşlarında hərbi təlim keçmiş miqrant qrupundan bir şəxsin qaz infrastrukturunda təxribat törətməyə cəhd edəcəyinə dair əvvəlcədən məlumatlar olub.

"Həmin şəxsi axtarırıq və o, mütləq tapılacaq. Sadəcə məsələ bunun neçə gün çəkəcəyidir", - direktor qeyd edib.

O həmçinin partlayıcının üzərində ABŞ-də istehsal olunduğunu göstərən nişanlar aşkar edildiyini bildirib və əlavə edib ki, ekspertiza nəticələrinə görə yeni məlumatları ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, bu gün Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəni Macarıstanla birləşdirən, region üçün mühüm əhəmiyyət kəsb edən qaz infrastrukturuna qarşı təxribatın qarşısının alındığını bildirib. O, Macarıstanın Baş naziri Viktor Orbanı istintaqın ilk nəticələri barədə məlumatlandırıb. Orban Serbiya Prezidenti ilə söhbətindən sonra Müdafiə Şurasının təcili iclasını çağırıb.

Xəbər lenti