IMG-LOGO

Arne Slot mövsümün sonunda "Liverpul"dan ayrılacaq

06 Apr 2026 09:44 6 baxış
IMG

İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot cari mövsümün sonunda komandadan ayrılacaq.

"Report" "Indykaila News"a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis bu barədə könüllü olaraq qərar verib.

O, Mersisayd təmsilçisinin rəhbərliyi ilə məsələ barədə razılığa gəlib. Niderlandlı baş məşqçi mövsümün sonunadək vəzifəsində qalacaq. Bu posta ispaniyalı Xabi Alonsonun gətiriləcəyi gözlənilir.

Xatırladaq ki, Arne Slotun "Liverpul"la müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq. Komanda hazırda İngiltərə Premyer Liqasında beşinci pillədə qərarlaşıb.

Xəbər lenti