Reanimasiyada müalicə alan Mirça Luçeskunun beyin ölümü keçirdiyi iddia edilib.
Lent.az bildirir ki, Rumıniya mediası təcrübəli məşqçinin həyat dəstəyinə qoşulduğunu və ailəsindən qərar gözlədiklərini bildirib.
Dünya futbolunun mühüm simalarından biri olan Mirça Luçeskunun səhhəti ilə bağlı narahatlıq doğuran iddialar ortaya çıxıb. Rumıniya mediası təcrübəli məşqçinin beyin ölümü keçirdiyini iddia edib.
Martın 29-da Rumıniya milli komandasının düşərgəsində vəziyyəti pisləşən və xəstəxanaya yerləşdirilən 80 yaşlı Luçesku təxminən bir həftədir ki, Buxarest Universiteti Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı.
Xəstəxananın yaydığı açıqlamada onun ürək ritm pozğunluğunun pisləşdiyi və müalicəyə cavab vermədiyi bildirilib. Luçeskunun vəziyyətinin pisləşdiyi və reanimasiyaya köçürüldüyü də qeyd edilib.
Rumıniya mediası Luçeskunun beyninin öldüyünü iddia edib. Təcrübəli məşqçinin hələ də həyat dəstəyi sayəsində nəfəs aldığı və ailəsinin qərarının gözlənildiyi bildirilib. Hələlik rəsmi təsdiq olmasa da, futbol dünyası hadisələri diqqətlə izləyir.
İdman xəbərləri