IMG-LOGO

Krımda hərbi təyyarənin qəzaya uğraması nəticəsində Şimal donanmasının aviasiya komandanı ölüb

06 Apr 2026 11:33 5 baxış
IMG

Krımda (Rusiyanın nəzarətində olan Ukrayna ərazi) qəzaya uğrayan "An-26" hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində Rusiyanın Şimal Donanmasının 45-ci Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun komandanı Aleksandr Otroşenko olub.

"Report" yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Murmansk vilayətinin qubernatoru Andrey Çibis bildirib.

İstintaqın məlumatına əsasən, mart ayının 31-də uçuş zamanı "An-26" təyyarəsi Krımın Baxçısaray rayonunun Kuybışevo kəndi ərazisində qəzaya uğrayıb. Təyyarədə 7 ekipaj üzvü və 23 sərnişin olub. Heyətin hamısı həlak olub. Qəzanın ilkin səbəbi texniki nasazlıqdır.

Xəbər lenti