IMG-LOGO

Mahaçqalada su basmış evlərdən 758 nəfər təxliyə edilib

06 Apr 2026 12:51 4 baxış
IMG

Mahaçqalada yağışlardan sonra su basmış evlərdən təxminən 760 nəfər, o cümlədən 225 uşaq təxliyə edilib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər meri Cambulat Salavov bildirib.

"Bütün respublika kimi, şəhərimiz də güclü yağıntıların yaratdığı ciddi sınaqlarla üzləşib. 758 nəfər, o cümlədən 225 uşaq təxliyə edilib. Hazırda 357 nəfər müvəqqəti yerləşdirmə məntəqələrindədir", - mer qeyd edib.

Daha əvvəl Dağıstanda daşqınlar nəticəsində üç nəfərin həlak olduğu bildirilmişdi.

Xəbər lenti