IMG-LOGO

Estetik əməliyyatla dəyişən MƏŞHURLAR

06 Apr 2026 14:23 3 baxış
IMG
0 0

Maqazin dünyasında etdirdikləri estetik əməliyyatlarla tamamilə fərqli bir görünüşə sahib olan məşhur simalar illərdir müzakirə olunur. Kimisi bunu gizlətməyib, kimisi isə dəyişimi ilə diqqət çəkib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, burun estetikası, üz dolğusu, botoks və çənə xətti kimi prosedurlar türk məşhurları arasında ən çox üstünlük verilən estetik tətbiqlərdir.

Seda Sayan, İrem Derici, Demet Akalın, Serdar Ortaç və Gülben Ergen estetik prosedur etdirdiklərini açıq şəkildə bəyan ediblər. Estetik əməliyyatlar artıq sadəcə məşhurlar arasında deyil, cəmiyyətin bir çox təbəqəsində yayğınlaşıb. Məşhurların etdiyi bu əməliyyatlar maqazin gündəminin adi başlıqlarından birinə çevrilib.

Seda Sayan

Türkiyə televiziyalarının ən çox danışılan simalarından olan Seda Sayan etdirdiyi əməliyyatları gizlətməyən şəxslərin başında gəlir. İllər ərzində bir çox prosedur etdirdiyini deyən Sayan gənc görünməyin qulluq tələb etdiyini bildirir.

Ceylan

Müğənni Ceylan da dəyişimi ən çox müzakirə olunanlardan biridir. Sosial mediada onun köhnə fotoşəkilləri ilə yeni görüntüsü tez-tez müqayisə edilir.

Ajda Pekkan

"Superstar" ləqəbli Ajda Pekkan illərdir gənc görünüşü ilə diqqət mərkəzindədir. Pekkan estetik iddialarına qarşı sağlam həyat tərzi və baxımı əsas gətirsə də, dəyişimi daim danışılır.

İrem Derici

Pop musiqisinin güclü səslərindən olan İrem Derici burun estetikası etdirdiyini açıqlayıb. Məşhur müğənni həmçinin zaman-zaman estetiklə bağlı zarafatyana paylaşımlar da edir.

Demet Akalin

Müğənni Demet Akalın da illər ərzindəki dəyişimi ilə diqqət çəkən simalar arasındadır və bəzi prosedurlar etdirdiyini etiraf edib.

Serdar Ortaç

Pop musiqisinin tanınmış siması Serdar Ortaç isə saç əkdirmə proseduruna müraciət edən məşhurlardan biridir.

Kuşum Aydin

Sənətçi Kuşum Aydın etdirdiyi prosedurlardan sonrakı halını sosial media hesabında paylaşaraq gündəmə gəlib.

Bülent Ersoy

Sənət musiqisinin divası Bülent Ersoy da illər ərzində etdirdiyi estetik əməliyyatlarla tez-tez adından söz etdirən simalardandır.

Gülben Ergen

Müğənni və aparıcı Gülben Ergen də estetik etdirdiyini açıqlayan məşhurlar sırasındadır.

Linet

Müğənni Linet isə dəyişimi ilə zaman-zaman maqazin gündəmində yer alan digər bir simadır.

Mütəxəssislərin fikrincə, estetik əməliyyatlar artıq sadəcə məşhurlar arasında deyil, cəmiyyətin bir çox kəsimində yayılıb. Məşhur simaların bu prosedurlar haqqında açıq danışması da bu mövzuya olan baxışın dəyişməsinə töhfə verir. Maqazin dünyasında məşhurların dəyişimləri isə hər zaman olduğu kimi böyük maraq toplamağa davam edir.

Kuşum Aydin Serdar Ortaç İrem Derici Ajda Pekkan

Xəbər lenti