IMG-LOGO

Kəmaləddin Heydərov Bibiheybətdə sürüşmə təhlükəsi olan yerə getdi - VİDEO

06 Apr 2026 13:52 3 baxış
IMG
1 0

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə yaranmış torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar aprelin 6-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ərazidə olub.

Lent.az xəbər verir ki, nazir ərazidə yaranmış vəziyyətlə yerində tanış olub.

Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirli, həmçinin digər müvafiq qurumların rəsmiləri, eləcə də mütəxəssislərlə birgə fikir mübadiləsi aparılıb, atılacaq addımlar müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.

Bibiheybət sürüşmə təhlükəsi Kəmaləddin Heydərov

Xəbər lenti