IMG-LOGO

İsrail Qəzzada HƏMAS-ın silah qaçaqmalçısını öldürüb

06 Apr 2026 15:01 4 baxış
IMG

İsrail Müdafiə Ordusu Qəzza zolağında radikal HƏMAS hərəkatı üçün silah qaçaqmalçılığı ilə məşğul olan Əli Əhməd Əli Əmrainin öldürüldüyünü açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Əmrain aprelin 4-də Qəzza zolağının mərkəzi hissəsinə endirilən zərbə nəticəsində öldürülüb.

İsrail ordusunun məlumatına görə, o, hücumlar zamanı istifadə olunan müxtəlif növ silahların HƏMAS üçün tədarükü ilə məşğul olub.

"İsrail Müdafiə Ordusu təhlükəsizlik qüvvələrinə qarşı təhdidi aradan qaldırmaq məqsədilə zərbə endirib və döyüşçünü öldürüb", - məlumatda bildirilib.

Xəbər lenti