IMG-LOGO

Azərbaycanda sel-subasmaya görə aqrar sığorta ödənişləri 26 %-ə yaxın azalıb

06 Apr 2026 14:55 3 baxış
IMG

2025-ci ildə Aqrar Sığorta Fondu sel-subasmaya görə 1,227 milyon manat ödəniş edib.

"Report" xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova ATV-nin "İqtisadi zona" verilişində bildirib.

Onun sözlərinə görə, bu, 2024-cü illə müqayisədə 25,8 % azdır.

"Bu ödənişlər 3,3 min hektar ərazini əhatə edib", - deyə sədr müavini əlavə edib.

Xəbər lenti