IMG-LOGO

Viktor Orban Macarıstan-Serbiya sərhədində qaz kəmərini qoruyan hərbi hissələrə baxış keçirib

06 Apr 2026 14:37 3 baxış
IMG

Macarıstanın Baş naziri Viktor Orban bazar ertəsi Serbiya ilə sərhəd boyunca yerləşən hərbi hissələrə baxış keçirib.

"Report"un Balkan bürosu xəbər verir ki, bu, Serbiya hərbiçilərinin iki ölkə arasında yerləşən qaz kəmərinin bir hissəsini partlatmaq məqsədilə hazırlanmış olduğu iddia edilən partlayıcı qurğular aşkar etməsindən sonra baş verib.

V.Orban bildirib ki, "Türkaxını" qaz kəmərinin Macarıstan hissəsi gücləndirilmiş hərbi mühafizə altındadır.

Serbiya ilə sərhəddə yerləşən Seqed bölgəsində çıxış edən V. Orban vəziyyətin çox ciddi olduğunu, lakin hazırda qaz təchizatının təhlükə altında olmadığını vurğulayıb.

Onun sözlərinə görə, qaz kəməri neft kəmərindən daha mühüm "arteriya" rolunu oynayır.

"Əgər bu kəmər kəsilərsə, Macarıstan iqtisadiyyatı dayanacaq", – deyə o əlavə edib.

Xatırladaq ki, aprelin 5-də Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəni Macarıstanla birləşdirən, region üçün mühüm əhəmiyyət kəsb edən qaz infrastrukturuna qarşı təxribatın qarşısının alındığını açıqlayıb. O, Macarıstanın Baş naziri Viktor Orbanı istintaqın ilk nəticələri barədə məlumatlandırıb. Orban Serbiya Prezidenti ilə söhbətindən sonra Müdafiə Şurasının təcili iclasını çağırıb.

Xəbər lenti