IMG-LOGO

"SOCAR Polymer" iki ayda ixrac gəlirlərini 18 %-ə yaxın artırıb

06 Apr 2026 15:38 4 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 35,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

"Report"un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın mart sayında bildirilir.

Bu, 2025-ci ilin iki ayı ilə müqayisədə 5,4 milyon ABŞ dolları və yaxud 17,8 % çoxdur.

Ötən 2 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 19,7 % artaraq 580,1 milyon ABŞ dolları təşkil edib.

Xəbər lenti