IMG-LOGO

Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracı 22 %-dən çox azalıb

06 Apr 2026 17:55 6 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 131,645 milyon ABŞ dolları təşkil edib.

"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisindən 37,703 milyon ABŞ dolları və ya 22,26 % azdır.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 22,94 % payla "AzərGold" QSC başçılıq edib.

İxracın həcminə görə dövlət şirkətlərinin renkinqi:

Şirkət

2026-cı ilin yanvar-fevral aylarında ixracın həcmi (milyon ABŞ dolları)

2025-ci ilin yanvar-fevral aylarında ixracın həcmi (milyon ABŞ dolları)

Faiz fərqi

"AzerGold" QSC

30,9

21,8

41,74 %

"SOCAR Polymer" MMC

35,7

30,3

17,82 %

"Azəralüminium" MMC

27,8

23,4

18,8 %

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi

27,4

70,4

-61,08 %

"Azərpambıq ASK" MMC

6,8

7,8

-12,82 %

SOCAR-ın Qaz İxrac İdarəsi

2,6

15,6

-83,33 %

"SOCAR CAPE" MMC

0,328

0

-

"Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi

0,053

0

-

"İSTİSU mineral su zavodu" MMC

0,045

0,007

542,86 %

"Qaradağ Şüşə Zavodu" ASC

0,021

0,043

-51,16 %

Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracı dəyər ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 % artaraq 580,7 milyon ABŞ dollarına çatıb.

Xəbər lenti