IMG-LOGO

"Bakı Fond Birjası"nın Listinq Qaydaları yenilənib

06 Apr 2026 17:48 6 baxış
IMG

"Bakı Fond Birjası" QSC (BFB) "Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları"nda dəyişikliklər edib.

"Report" Birjaya istinadən xəbər verir ki, yenilənmiş qaydalar emitentlər, investorlar və birja iştirakçıları üçün daha şəffaf, sadələşdirilmiş və beynəlxalq standartlara uyğun bir çərçivə təqdim edir.

Əsas dəyişikliklər aşağıdakıları əhatə edir:

- Listinq seqmentinə alınma və listinqdə saxlanma tələblərinin təkmilləşdirilməsi – yenilənmiş tələblər kapital bazarının inkişafına, bazarın dərinliyinin artmasına, təkrar bazar likvidliyinin təmin olunmasına və yeni emitentlərin cəlb edilməsinə xidmət edir.

- Yeni İnkişaf Bazar seqmentinin tətbiqi – real sektordan olan (qeyri-maliyyə) şirkətlərin sərbəst tədavül həcminə malik səhmlərini Birjada emissiya etməsinə və təkrar bazarda ticarətini həyata keçirməsinə imkan yaradılır.

- Açıqlanma tələblərinin gücləndirilməsi – listinqdə olan şirkətlər üçün müntəzəm olaraq açıqlanmalı olan məlumatlar və hesabatlara dair tələblər strukturlaşdırılır.

- Delistinq prosedurlarının tənzimlənməsi – investorların maraqlarının qorunması baxımından delistinq əsasları və prosedur tələbləri aydınlaşdırılır.

Yenilənmiş qaydalar 6 maydan qüvvəyə minəcək. Sənədin tam mətni BFB-nin rəsmi saytının "Qaydalar" bölməsindən əldə edilə bilər.

Xəbər lenti