IMG-LOGO

İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edir

06 Apr 2026 19:03 4 baxış
IMG

İran ABŞ-nin atəşkəs təklifini rədd edərək, müharibənin ölkənin maraqları nəzərə alınmaqla tam başa çatdırılmasının zəruriliyini vurğulayıb.

"Report" IRNA-ya istinadən xəbər verir ki, müvafiq cavab ABŞ-İran münaqişəsinin nizamlanması üçün vasitəçi qismində çıxış edən Pakistana təqdim edilib.

İki həftəlik yüksək səviyyəli hərtərəfli müzakirələrdən sonra Tehranın 10 maddədən ibarət cavab təklifi təqdim etdiyi bildirilir.

Əsas şərtlər arasında regionda münaqişələrin dayandırılması, Hörmüz boğazından təhlükəsiz naviqasiya üçün protokolun hazırlanması, infrastrukturun bərpası və sanksiyaların ləğvi yer alır.

İran müvəqqəti atəşkəs deyil, davamlı və dayanıqlı həllin əldə edilməsinin vacibliyini bəyan edib.

Xəbər lenti