IMG-LOGO

Tramp neft və pula görə İranla müharibəni davam etdirmək istədiyini açıqlayıb

06 Apr 2026 19:35 3 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp İran neftinə nəzarət etmək üçün bu ölkə ilə müharibənin davam etdirilməsində maraqlı olduğunu bildirib.

"Report" xəbər verir ki, o, bu barədə Ağ Evdəki Pasxa tədbirində bildirib.

"Əgər bu məndən asılı olsaydı, mən müharibəni davam etdirərdim. Nefti götürərdim, onu özümə saxlayardım və biz çoxlu pul qazanardıq", - o deyib.

Bununla yanaşı, Tramp vurğulayıb ki, ABŞ cəmiyyəti müharibənin başa çatmasının tərəfdarıdır və o, bunu nəzərə almaq niyyətindədir.

O, xalqı xoşbəxt etmək istədiyini söyləyib.

Xəbər lenti