IMG-LOGO

Rusiyada futbol matçı zamanı tribunada azarkeş həyatını itirib

06 Apr 2026 19:34 3 baxış
IMG

Rusiyada keçirilən futbol qarşılaşması zamanı azarkeş ölümü qeydə alınıb.

"Report" xəbər verir ki, Birinci Liqanın XXVII turunda - "Arsenal" və "Fakel" komandaları arasında keçirilən oyun zamanı tribunada azarkeş vəfat edib.

Hadisə ötən gün Tulada reallaşan qarşılaşma zamanı baş verib. 66 yaşlı "Arsenal" azarkeşi matçı izləyərkən qəfildən dünyasını dəyişib.

"Arsenal" komandasının mətbuat xidməti açıqlamasında bildirib ki, mərhum sadiq azarkeş olub və son anlarına qədər Tula kollektivini dəstəkləyib.

Qeyd edək ki, sözügedən qarşılaşma "Fakel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti