IMG-LOGO

"Azərpambıq" ixracdan iki ayda 7 milyon dollara yaxın gəlir əldə edib

06 Apr 2026 19:24 3 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 6,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın mart sayına istinadən xəbər verir.

Hesabata görə, bu, 2025-cü ilin iki ayı ilə müqayisədə 1 milyon ABŞ dolları və ya 12,8 % azdır.

Ötən 2 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 19,7 % artaraq 580,1 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə və Biləsuvarda yerləşirlər), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucarda), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.

Xəbər lenti