IMG-LOGO

Tramp: İran indi bir ay əvvəlkindən daha zəifdir

06 Apr 2026 19:22 3 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp İranın mövqelərinin bir ay əvvəllə müqayisədə zəiflədiyini bildirib.

"Report" xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən Pasxa tədbirində bildirib.

"İranlılar layiqli döyüşçülərdir, çox dözümlü insanlardır. Düşmən güclüdür, lakin bir ay əvvəlki kimi deyil. İndi o qədər güclü deyil", - ABŞ lideri qeyd edib.

Xəbər lenti