Tatarıstanda "Nijnekamskneftekim" zavodunda baş verən yanğının daha 4 qurbanının meyiti tapılıb. Bununla da ölənlərin sayı 11-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya mediası şirkətin bəyanatına istinadən məlumat yayıb.
Qeyd edilib ki, daha 1 nəfərin axtarışları davam edir.
Daha əvvəl 7 nəfərin öldüyü bildirilmişdi.