IMG-LOGO

İlon Maskın atasından İDDİA: Epşteyn sağdır

06 Apr 2026 19:59 3 baxış
IMG
1 0

Qalmaqallı maliyyəçi Ceffri Epşteyn hələ də sağdır. 

Lent.az bildirir ki, amerikalı sahibkar İlon Maskın atası Errol Mask bu fikri “RİA Novosti”yə müsahibəsində bildirib.

"O, dəqiq sağdır... Buna şübhə yoxdur", - o bildirib.

Maskın sözlərinə görə, Epşteynin kamerasında baş verənlərin rəsmi versiyası inandırıcı deyil, çünki bir sıra hallar suallar doğurur. O qeyd edib ki, hadisə zamanı həbsxananın təhlükəsizlik kameraları söndürülüb və mühafizəçilər yatıblar.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, kamera görüntülərində 62 saniyəlik bir hissə (saat 23:58:58-dən 00:00-a qədər) yoxdur. Bu, videokamera sistemindəki texniki problemlərlə izah edilib.

Epşteyn 2002-2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qız üçün Manhettendəki evinə və şəxsi adasına səfərlər təşkil etməkdə ittiham olunub. Müstəntiqlər ən kiçiyinin 14 yaşında olduğunu müəyyən ediblər. 2019-cu ilin avqust ayında maliyyəçi həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb, lakin onu həyata qaytarmaq mümkün olmayıb.

Fevralın əvvəlində ABŞ Ədliyyə Nazirliyi Epşteynin işi ilə bağlı 3 milyon səhifədən çox sənəd yayımlayıb və ona qarşı uşaq alveri və uşaq istismarı ittihamları irəli sürülüb.

Sənədlərə tanınmış şəxslərin fotoşəkilləri, istintaq materialları və Epşteynin çoxsaylı yüksək vəzifəli məmurlar və iş adamları ilə yazışmaları daxildir. Sənədlərdə adı çəkilən bütün şəxslər cinsi istismarda iştirakını inkar edirlər. Lakin, bir çoxları, hətta ilk dəfə ittiham edildikdən sonra belə, Epşteynlə dostluq münasibətlərini qoruyub saxlayıb və ya yeniləyib.  

Ceffri Epşteyn maliyyəçi Errol Mask İlon Mask

Xəbər lenti