"Formula 1" komandalarının ən çox maaş alan menecerlərinin siyahısı açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə məlumat "BusinessBookGP" platformasında dərc olunub.
Siyahıya Adrian Nyui rəhbərlik edir. "Aston Martin" komandasının texniki rəhbəri və baş direktoru olan mütəxəssisin illik qazancı 37 milyon avro təşkil edir.
İlk "üçlüy"ə həmçinin "McLaren"in icraçı direktoru Zak Braun və "Mercedes" komandasının rəhbəri Toto Volf daxil olub.
Ən çox qazanan "Formula 1" komandalarının menecerlərinin siyahısı belədir:
1. Adrian Nyui (Aston Martin) - 37 milyon avro
2. Zak Braun (McLaren) - 12 milyon avro
3. Toto Volf (Mercedes) - 8 milyon avro
4. Frederik Vassyör (Ferrari) - 8 milyon avro
5. Mattia Binotto (Audi) - 8 milyon avro
6. Ceyms Voulz (Williams) - 7,5 milyon avro
7. Loran Mekies (Red Bull) - 7 milyon avro
8. Andrea Stella (McLaren) - 6 milyon avro
9. Alan Permeyn (Racing Bulls) - 5 milyon avro
10. Flavio Briatore (Alpine) - 2,5 milyon avro
11. Ayao Komatsu (Haas) – 2 milyon avro
12. Qrehem Loudon (Cadillac) – 2 milyon avro
13. Stiv Nielsen (Alpine) – 0.8 milyon avro