IMG-LOGO

"Naxçıvan" Azərbaycan Basketbol Liqasında pley-offa vəsiqə qazanıb

06 Apr 2026 21:44 4 baxış
IMG

"Naxçıvan" komandası Azərbaycan Basketbol Liqasında pley-offa vəsiqə qazanıb.

"Report"un məlumatına görə, bölgə təmsilçisi pley-in mərhələsinin ikinci oyununda "Sərhədçi" ilə üz-üzə gəlib.

Qarşılaşma "Naxçıvan"ın qələbəsi ilə bitib - 93:80. İlk görüşdə də qalib gələn kollektiv (98:87) pley-offa yüksəlib.

"Naxçıvan" pley-offda "Sabah"la qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl "Şəki" pley-off mərəhləsinə vəsiqə əldə edib.

Xəbər lenti