IMG-LOGO

Tramp ABŞ-nin Hörmüz boğazından keçid üçün ödəniş almasını mümkün hesab edib

06 Apr 2026 22:56 4 baxış
IMG

ABŞ Hörmüz boğazı üzərində nəzarətin qurulması və oradan keçid üçün ödənişin tətbiq edilməsi imkanını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlər qarşısında çıxışı zamanı bildirib.

"Bizim ödənişin tutulması ilə bağlı konsepsiyamız var", - o deyib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti