IMG-LOGO

"Axios": Netanyahu Trampı İranla atəşkəsdən çəkindirməyə çalışıb

06 Apr 2026 22:32 3 baxış
IMG

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığında onu münaqişənin hazırkı mərhələsində İranla atəşkəsə nail olmağa çalışmamağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid "X" sosial şəbəkəsində İsraildəki mənbəyinə istinadən yazıb.

"Dünənki telefon danışığında Netanyahu Prezident Trampı bu mərhələdə atəşkəsə nail olmağa çalışmamağa çağırdı və belə bir addımla bağlı risklərdən narahatlığını ifadə etdi", - paylaşımda bildirilib.

Mənbənin məlumatına görə, Tramp Netanyahuya İran ABŞ-nin tələbləri ilə razılaşarsa, atəşkəsin əldə oluna biləcəyini deyib. O eyni zamanda qeyd edib ki, İranın bütün zənginləşdirilmiş uranı təhvil verməsi və nüvə layihələrinin bərpasından imtina etməsi ilə bağlı tələblərini geri çəkməyəcək.

Xəbər lenti