IMG-LOGO

Füzuli Məmmədov "Qarabağ"la oyun barədə danışmağa ehtiyac duymayıb

06 Apr 2026 22:01 3 baxış
IMG

"Qarabağ"la oyun barədə danışmağa ehtiyac yoxdur.

"Report" xəbər verir ki, bunu "Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının XXVI turunda Ağdam təmsilçisinə qarşı keçirilən matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis böyük hesabla məğlub olduqları qarşılaşmanı qısa şərh edib:

"Hər şey bəllidir. Bu gün ağır oyunda acı məğlubiyyət aldıq. "Qarabağ"a qarşıdakı matçlarda uğurlar arzulayıram".

Qeyd edək ki, "Qarabağ" - "Karvan-Yevlax" görüşü "köhlən atlar"ın 7:0 hesablı qələbəsi ilə bitib.

Xəbər lenti