IMG-LOGO

Tramp: Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir

06 Apr 2026 23:59 2 baxış
IMG

Hörmüz boğazında normal gəmiçiliyin bərpası ABŞ-nin əsas prioritetlərindən biridir.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlər qarşısında çıxış edərkən bildirib.

"Mən deyərdim ki, bu, çox böyük prioritetdir, çünki bu, bir qədər fərqlidir - biz onları istədiyimiz kimi bombalaya, sarsıdıcı zərbə endirə bilərik. Amma boğazı bağlamaq üçün bir terrorçu kifayətdir - çünki dəniz minalarını böyük yük maşınlarında daşımaq mümkündür - onu suya atır və indi milyard dollar dəyərində gəmi sahiblərini minalar barədə narahat olmamağa inandırmağa çalış", - o qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar olaraq regionun bəzi dövlətləri hava məkanını müvəqqəti bağlayıb.

Xəbər lenti