Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əməkdaşının ölümündən sonra Qəzza zolağından xəstələrin tibbi təxliyəsini dayandırıb.
"Report"un xəbərinə görə, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bu barədə "X" sosial şəbəkəsində məlumat verib.
"ÜST kədərlə bu gün Qəzza zolağında xidmət göstərən müqaviləli əməkdaşının öldürüldüyünü təsdiqləyir. Hadisədən sonra ÜST bu gün Qəzzadan Rəfah vasitəsilə Misirə xəstələrin tibbi təxliyəsini dayandırıb. Tibbi təxliyələr sonrakı bildirişə qədər dayandırılacaq", - o qeyd edib.
Qebreyesus əlavə edib ki, ÜST-ün digər iki əməkdaşı hadisə yerində olub, onlara heç nə olmayıb.
Onun sözlərinə görə, müvafiq orqanlar hadisəni araşdıracaq.