UEFA Çempionlar Liqasında bu gün 1/4 final mərhələsinə start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
"Barselona" evdə "Atletiko" ilə üz-üzə gələcək. "Liverpul" isə səfərdə PSJ-nin qonağı olacaq.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
7 aprel
23:00. "Barselona" (İspaniya) - "Atletiko" (İspaniya)
23:00. PSJ (Fransa) - "Liverpul" (İngiltərə)
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 14-15-də keçiriləcək.