IMG-LOGO

Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam Prezident seçilib

07 Apr 2026 08:44 4 baxış
IMG

Vyetnam Milli Assambleyası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamı 2026-cı ildən 2031-ci ilə qədər sosialist respublikasının Prezidenti seçib.

"Report"un məlumatına görə, səsvermə Hanoy şəhərində keçirilən 16-cı Milli Assambleyanın birinci sessiyasında baş tutub.

To Lam deputatlardan 100 % dəstək alıb. Nəticələr elan edildikdən sonra o, Vətənə, partiyaya və xalqa sədaqət andı içib. Andiçmə mərasimi milli televiziya ilə canlı yayımlanıb.

"Müqəddəs dövlət bayrağı, Milli Assambleya, həmvətənlərim və bütün ölkə seçicilərinin qarşısında mən - Vyetnam Sosialist Respublikasının Prezidenti, Vətənə, xalqa, Vyetnam Sosialist Respublikasının Konstitusiyasına tam sadiq qalacağıma və partiya, dövlət və xalq tərəfindən mənə həvalə edilmiş vəzifələri uğurla yerinə yetirmək üçün bütün səyləri göstərəcəyimə and içirəm", - o bildirib.

To Lam müasir Vyetnam tarixində 15-ci Prezident olub. O, 21 oktyabr 2024-cü ildə bu vəzifəni tutan Lıonq Kıonqu əvəz edib.

Xəbər lenti