IMG-LOGO

Səudiyyə Ərəbistanı və Bəhreyni birləşdirən körpü İranın hücumları fonunda bağlanıb

07 Apr 2026 10:36 4 baxış
IMG

Səudiyyə Ərəbistanı və Bəhreyni birləşdirən mühüm körpü (Kral Fəhd ibn Əbdüləziz Əl Səud adına körpü - red.), İran tərəfindən hücum ediləcəyi ilə bağlı narahatlıqlar səbəbindən qeyri-müəyyən müddətə bağlanıb.

"Report" xəbər verir ki, bu barədə Kral Fəhd adına Körpü İdarəsinin sosial şəbəkələrdəki məlumatında bildirilib.

"Körpüdə hərəkət İranın Səudiyyə Ərəbistanının şərq əyalətinə hücumları ilə əlaqədar ehtiyat tədbiri olaraq dayandırılıb", - məlumatda qeyd edilib.

Uzunluğu 25 km (15,5 mil) olan körpü Səudiyyə Ərəbistanı və Bəhreyni birləşdirən yeganə yoldur.

Xəbər lenti