IMG-LOGO

Bakı Limanında aşırılan səpkili yüklərin həcmi 46 % artıb

07 Apr 2026 12:50 3 baxış
IMG

Bu ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları"na (ADY) məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC 423 min 124 ton səpkili yük (karbamid, kükürd) aşırıb.

"Report" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə təqribən 46 % çoxdur.

Eyni zamanda, bu ilin martında limanda 162 min ton səpkili yük aşırılıb. Bu, ötən ilin martında qeydə alınan göstəricidən 94 % çoxdur, həmçinin aşırılmış səpkili yüklər üzrə aylıq rekord nəticədir.

Bundan başqa, martda Bakı Limanının Ümumi yüklər terminalında 78 gəmi yanaşmaşı olub ki, bu da öz növbəsində rekord göstəricidir.

Xəbər lenti