ABŞ-nin vitse-prezidenti Cey Di Vens rəsmi səfərlə Macarıstanın paytaxtına gəlib.
"Report xəbər verir ki, bu barədə Macarıstan KİV-ləri xəbər verir.
Vensi həyat yoldaşı ilə birlikdə Budapeştdə Macarıstanın xarici işlər naziri Peter Siyarto qarşılayıb.
KİV-in məlumatına görə, səfər proqramına Vensin Macarıstan Baş naziri Viktor Orbanla görüşü daxildir, bundan sonra ABŞ vitse-prezidenti "ABŞ-Macarıstan dostluğu günü" mitinqində çıxış edəcək.