IMG-LOGO

Taksilərin qiyməti qalxır - Vaxt AÇIQLANDI

07 Apr 2026 14:10 2 baxış
IMG
3 0

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası”nda dəyişikliklər olunub. Yeni qərara əsasən, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə, icbari sığorta müqaviləsi bağlanarkən ödənilməli olan birillik sığorta haqqının hesablanması üçün 1,5 əmsalı tətbiq ediləcək.

Bəs görəsən, bu əmsal taksi ilə sərnişin daşımalarda qiymətlərin bahalaşmasına səbəb olacaq?

İqtisadçı Günay Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, taksilərin qiymətində cuzi də olsa artım olacaq:

“Yeni qərara əsasən taksi minik avtomobillərinin icbari sığortasına bir illik üçün 1,5 əmsal tətbiq olunması bu sektorda müəyyən qədər də olsa qiymət artımına səbəb olacaq. Əslində məbləğ bir o qədər də yüksək deyil, lakin cüzi də olsa tariflərdə artım müşahidə ediləcək.

Hansı tarixdən etibarən vətəndaşların bu artımla qarşılaşmasına qaldıqda isə əsasən növbəti aylardan artım gözlənilmir. Məlumdur ki, bu bazarda da tələb və təklif amili var. Həm fəsil ilə əlaqədar olaraq tələbin düşməsi, daha sonra isə tədris müəssisələrində dərslərin yekunlaşması ilə əlaqədardır. Hətta yay aylarına doğru şirkətlər müəyyən kampaniya və güzəştlər edib qiymətləri aşağı endirə bilər.

Gündəlik arenda xərcləri, amortizasiya, sürücünün məvacibi, operator xərcləri, ən əsas da yay aylarında sürücü çatışmazlığı qiymətlərə təsir göstərir.

Sığorta haqqının yüksəldilməsinə qaldıqda isə sıravi vətəndaşın istifadə etdiyi avtomobillə, gəlir əldə edən taksi üçün fərq olmalı idi. Düşünürəm ki, müddətli güzəşt və ya endirimli əmsal tətbiqi daha uyğundur.

Əgər müəyyən dönəmdə tələb təklifi üstələyirsə, bu o demək deyil ki ,bütün il boyu taksiyə ehtiyac var, il boyu gəlirləri var”.

Taksilərin qiyməti qalxacaq Taksilərin sığorta əmsalı Taksilərlə bağlı yeni qərar İqtisadçı Günay Hüseynova

Xəbər lenti