IMG-LOGO

Paşinyan Ermənistanda keçiriləcək parlament seçkilərində populyarlığa görə liderdir

07 Apr 2026 14:52 2 baxış
IMG

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı sosioloji sorğuların nəticələri üzrə liderdir.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i "Gallup International Association"a (GIA) istinadən məlumat yayıb.

Təşkilatın 1001 respondent arasında keçirdiyi sorğuya əsasən, seçicilərin 24,3 %-i parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş müqaviləsi" partiyasına səs verməyə hazırdır. Ermənistan KİV-in məlumatına görə, bu nəticə müsbət artım nümayiş etdirir.

Rusiyalı iş adamı Samvel Karapetyanın başçılıq etdiyi "Güclü Ermənistan" partiyasına respondentlərin 13,4 %-i, digər iş adamı Qaqik Sarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" partiyasına respondentlərin 7,9 %-i, ölkənin sabiq prezidenti Robert Koçaryanın rəhbəri olduğu "Ermənistan" blokuna isə respondentlərin 5,5 %-i səs verməyə hazırdır.

Rəyi soruşulanların 51,9 %-i qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətindədir.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Xəbər lenti