IMG-LOGO

İranın Xarq adasında partlayışlar baş verib

07 Apr 2026 15:20 4 baxış
IMG

İranın Xarkq adasına bir neçə zərbə endirilib, partlayışlar baş verib.

"Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ada İranın əsas neft ixracı mərkəzidir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti