IMG-LOGO

Mirzoyan və Kallas Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

07 Apr 2026 15:09 3 baxış
IMG

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Tərəflər Ermənistan-Avropa İttifaqı əməkdaşlığının strateji gündəliyinin ardıcıl həyata keçirilməsinə yönəlmiş işləri müzakirə ediblər. Onlar qarşıdan gələn yüksək səviyyəli səfərlərin və tədbirlərin gündəliyindəki məsələlərə və təşəbbüslərə toxunublar.

Həmçinin Mirzoyan və Kallas Yaxın Şərqdə hadisələrin inkişafı və vəziyyətin nizamlanmasının mümkün yolları barədə fikir mübadiləsi aparıblar.

Xəbər lenti