IMG-LOGO

Sibiqa: Ukrayna Rusiyanın potensialını zəiflətmək üçün hərbi obyektlərini hədəfə alır

07 Apr 2026 16:57 7 baxış
IMG

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevin Rusiyanın döyüş qabiliyyətini azaltmaq məqsədilə onun ərazisindəki hərbi və infrastruktur obyektlərini hədəfə aldığını bldirib.

"Report" xəbər verir ki, o, bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə telefon danışığının yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.

A.Sibiqa söhbət zamanı əsas diqqət təhlükəsizlik məsələlərinə yönəldilib:

"Mən pilotsuz uçuş aparatları ilə baş verən son hadisələrlə bağlı mövqeyimizi, eləcə də gələcəkdə bu cür halların qarşısını almaq üçün sıx əməkdaşlığa və praktik həll yollarının işlənib hazırlanmasına hazır olduğumuzu təsdiqlədim".

XİN başçısı vurğulayıb ki, Ukrayna mövcud təhdidlərin əsas səbəbinin Rusiyanın Ukraynaya qarşı müharibəsi olduğunu Finlandiyanın anlamasını dəyərləndirir:

"Ukraynanın fəaliyyətini Rusiyanın döyüş qabiliyyətini azaltmaq məqsədilə onun ərazisindəki hərbi və infrastruktur obyektlərinə yönəldib, bu da bizim ümumi maraqlarımıza cavab verir".

A.Sibiqa həmçinin xatırladıb ki, Türkiyə və Suriyaya son səfərləri zamanı Ukrayna yeni geosiyasi reallığa uyğunlaşaraq Yaxın Şərqdəki rolunu möhkəmləndirib.

Onun sözlərinə görə, Kiyev həm regional sabitliyin, həm də öz təhlükəsizliyinin artırılması üçün regional tərəfdaşlarla praktiki əsasda işləyir.

XİN başçısı müdafiə və siyasi dəstəyə görə Finlandiyaya minnətdarlığını bildirib, həmçinin Ukraynanın dayanıqlığının gücləndirilməsi üçün vacib olan 90 milyard avro məbləğində kreditin blokdan çıxarılmasının zəruriliyini qeyd edib:

"Sıx əməkdaşlıq və qəti mövqelər möhkəm sülhə nail olmağın açarıdır".

Xəbər lenti