IMG-LOGO

Vens: ABŞ İranda öz tapşırıqlarının çoxunu yerinə yetirib, müharibə tezliklə başa çatacaq

07 Apr 2026 16:39 6 baxış
IMG

ABŞ İranda öz hərbi tapşırıqlarının çoxunu yerinə yetirib və müharibə tezliklə başa çatacaq.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında bildirib.

"Etmək istədiyimiz bir şey də var, məsələn, İranın silah istehsalı qabiliyyəti üzərində bir az daha çox işləmək. Amma əsasən ABŞ-nin hərbi hədəfləri yerinə yetirilib. ABŞ Prezidenti Donald Trampın dediyi kimi, bu müharibə çox tezliklə başa çatacaq", - Vens deyib.

Xəbər lenti