IMG-LOGO

Əl-Ənsari: Yaxın Şərqdəki münaqişənin diplomatik həlli üçün imkanlar pəncərəsi bağlanır

07 Apr 2026 16:35 5 baxış
IMG

Yaxın Şərqdə münaqişənin diplomatik yolla nizamlanması üçün imkanlar pəncərəsi bağlanır.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin mətbuat katibi Məcid əl-Ənsari bildirib.

"Biz elə bir məqama yaxınlaşırıq ki, regionda vəziyyət nəzarətdən çıxa bilər", - o qeyd edib.

Əl-Ənsarinin sözlərinə görə, hərbi əməliyyatların uzanması heç bir dövlətin uzunmüddətli maraqlarına cavab vermir: "Əgər bu müharibə davam edərsə, qaliblər olmayacaq. Mülki və enerji infrastrukturuna hücumlar yolverilməzdir".

XİN rəsmisi regional dəniz dəhlizləri ətrafında artan gərginlik mövzusuna toxunaraq qeyd edib ki, Hörmüz boğazdır, kanal deyil və regionun bütün ölkələri ondan sərbəst istifadə etmək hüququna malikdir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti