IMG-LOGO

Vens: ABŞ Trampın ultimatum müddəti bitənə qədər İranın infrastrukturuna zərbə endirməyəcək

07 Apr 2026 17:29 4 baxış
IMG

ABŞ Prezident Donald Trampın ultimatumunun müddəti bitənədək İranın enerji və infrastruktur obyektlərinə zərbələr endirməyəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.

"İranlılar dəstəkləyə biləcəyimiz bir təklif təqdim edənədək, ya da ümumiyyətlə, heç bir təklif verməyənə qədər enerji və infrastruktur obyektlərinə zərbələr endirməyəcəyik. Lakin Prezident Tramp onlara bu gün axşam saat 8-ə qədər vaxt verib", - o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl D.Tramp bu günün İran üçün "həlledici gecə" olduğunu bildirib və əlavə edib ki, bu gecə bütöv bir sivilizasiya məhv ola bilər.

Xəbər lenti