IMG-LOGO

İranda həbsdə olan Fransa vətəndaşları vətənlərinə qayıdırlar

07 Apr 2026 18:37 5 baxış
IMG

İranda həbsdə olan Fransa vətəndaşları Sesil Koler və Jak Pari ölkələrinə qayıdırlar.

"Report" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" hesabında yazıb.

"Sesil Koler və Jak Pari artıq azaddırlar və İranda 3,5 illik həbsdən sonra Fransaya yola düşüblər", - o qeyd edib.

Makron vasitəçilik səylərinə və geri qaytarılmasında göstərdikləri köməyə görə Oman hakimiyyətinə və dövlət qurumlarına təşəkkür edib.

Xəbər lenti