IMG-LOGO

Madaqaskarda fövqəladə vəziyyət tətbiq edilib

07 Apr 2026 23:38 2 baxış
IMG

Madaqaskar hökuməti Yaxın Şərqdəki eskalasiya ilə əlaqədar energetika sahəsində fövqəladə vəziyyət tətbiq etmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə hökumətin sərəncamına istinadən Malqaş Milli Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, fövqəladə vəziyyət rejimi elektrik enerjisinin verilməsindəki ciddi problemlər və enerji təchizatındakı uzunmüddətli fasilələrlə əlaqədar 15 sutka müddətinə tətbiq edilib. Həmçinin ölkənin müxtəlif bölgələrinin, xüsusən də Nusi-Be adasının - ölkənin əsas turizm mərkəzinin neft məhsulları ilə təchizatının normallaşdırılması üçün addımlar atılır.

Xəbər lenti