IMG-LOGO

Pakistan və Mərakeşin XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

08 Apr 2026 01:17 4 baxış
IMG

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə mərakeşli həmkarı Naser Burita arasında telefon danışığı baş tutub.

"Report" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

XİN başçıları Yaxın Şərqdə baş verən son proseslər barədə fikir mübadiləsi aparıblar. "İshaq Dar sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş dialoq və diplomatik əlaqələri təşviq etmək məqsədilə Pakistanın göstərdiyi davamlı səylərin hazırkı vəziyyətini vurğulayıb". – məlumatda bildirilib.

Xəbər lenti