IMG-LOGO

Taker Karlson ABŞ-nin İrana yeni zərbəsinin qarşısını almağa çağırıb

08 Apr 2026 03:14 4 baxış
IMG

Amerikalı teleaparıcı Taker Karlson ABŞ-nin İrana qarşı mümkün hərbi ssenarisini kəskin tənqid edib və ABŞ Prezident administrasiyasının nümayəndələrini, eləcə də hərbi qulluqçuları belə qərarları dəstəkləməməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə jurnalist ötən gün çıxışında bildirib.

Onun sözlərinə görə, Ağ Evin və silahlı qüvvələrin əməkdaşları İrana yeni zərbələrin endirilməsi, o cümlədən kütləvi qırğın silahlarının tətbiq edilməsi barədə əmr veriləcəyi təqdirdə açıq şəkildə etiraz etməlidirlər.

"ABŞ Prezidenti Donald Trampla birbaşa təmasda olan şəxslər, hətta bunun üçün istefa vermək tələb olunsa belə, belə bir ssenarinin reallaşmasına mane olmaq üçün bütün qanuni vasitələrdən istifadə etməyə borcludurlar", - Karlson vurğulayıb.

O həmçinin vəziyyəti son dərəcə təhlükəli hesab etdiyini qeyd edib və dünyanın kritik həddə yaxınlaşdığını bildirib.

Karlson baş verənləri dönüş nöqtəsi adlandırıb və xəbərdarlıq edib ki, hadisələrin sonrakı inkişafı beynəlxalq vəziyyəti kəskin formada dəyişməyə qadirdir.

Xəbər lenti