İraq İslam Müqaviməti çərşənbə günü səhər saatlarında bildirib ki, ABŞ-nin İrana hücumları dayandırması ilə eyni vaxtda onlar da Amerikanın bölgədəki bazalarına qarşı əməliyyatlarını 2 həftə müddətinə dayandırır.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Qeyd edək ki, İraqda İslam Müqaviməti İraqda fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən silahlı qruplaşmalarının birliyidir. Alyansa "Kətaib Hizbullah", "Nücəba Hərəkatı" və "Kətaib Seyyid əş-Şühəda" kimi güclü silahlı qruplar daxildir.
Qruplaşmalar Regiondakı ABŞ bazaları və İsrailin hərbi obyektlərinə PUA, raket zərbələri endirir.
İraq İslam Müqavimətinin fəaliyyəti ABŞ qüvvələrinin İraq və Suriyadan tamamilə çıxarılması və Qəzzadakı müharibəyə etiraz olaraq İsrailə qarşı müqavimət məqsədi daşıyır.