IMG-LOGO

ABŞ və İran arasında atəşkəs bəyanatından sonra neft ucuzlaşıb

08 Apr 2026 08:15 4 baxış
IMG

ABŞ və İran arasında iki həftəlik atəşkəs barədə məlumatdan sonra neftin dünya qiymətləri kəskin aşağı düşüb.

"Report" xəbər verir ki, hərraclar zamanı "Brent" markalı neftin qiyməti martın sonundan bəri ilk dəfə olaraq bir barel üçün 94 dollardan aşağı düşüb.

Bakı vaxtı ilə saat 04:18-ə olan vəziyyətə görə, "Brent" neftinin iyun fyuçersləri əvvəlki bağlanışla müqayisədə 10,9% ucuzlaşaraq bir barel üçün 93,70 dollara enib.

"The New York Times" nəşrinin məlumatına görə, "WTI" markalı neftin qiyməti də 9%-dən çox ucuzlaşaraq bir barel üçün 102 dollar olub.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başlayan hərbi əməliyyatından bəri neft kotirovkaları sürətli artım nümayiş etdirirdi. Bu dövr ərzində bir barelin qiyməti 65 dollardan 100 dollara qədər yüksəlib, mart ayındakı qiymət sıçrayışı isə 1983-cü ildən bəri ən əhəmiyyətli sıçrayış olub. Mart ayında "Brent" markalı neftin orta topdansatış qiyməti bir barel üçün 103 dollar təşkil edib.

Xəbər lenti